Əsas Səhifə > Cəmiyyət > Yeniyetmələr “Quran” kursuna oğurluğa getdi: Kassa açılmadı

Yeniyetmələr “Quran” kursuna oğurluğa getdi: Kassa açılmadı


14-02-2020, 13:22
Yeniyetmələr “Quran” kursuna oğurluğa getdi: Kassa açılmadı

Türkiyənin Konya şəhərində üç yeniyetmə “Quran” kursundan oğurluq etmək istəyib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Şübhəli şəxslərin görüntüləri təhlükəsizlik kamerasına əks olunub. Onlar əvvəlcə otaqlardan birinin qapısını açmağa çalışıblar. Yeniyetmələr aça bilmədikləri qapını qıraraq otağa daxil olublar. Onlar polad kassanı aça bilməyiblər.

Faktla bağlı araşdırma başlayıb.

Rubrika.az
Geri qayıt