Əsas Səhifə > İdman > Azərbaycan Premyer Liqasında mövsümün rekordu yeniləndi
Azərbaycan Premyer Liqasında mövsümün rekordu yeniləndi17-02-2020, 10:32 |
![]() Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu yenilənib. Rubrika.Az-ın "Report"a istinadən məlumatına görə, bu, XVII tura təsadüf edib. Hesabat turunda qapılara 17 top vurulub. Ən çox qol "Zirə" - "Qarabağ" matçına təsadüf edib - 0:6. Ən az qol isə "Sabah"ın səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb. Daha iki matçda qapılara 4 qol vurulub. "Səbail" evdə "Qəbələ"ni, "Neftçi" isə "Keşlə"ni eyni hesabla yenib - 3:1. Qollardan yeddisini meydan sahibləri, onunu isə qonaqlar vurublar. Beləliklə, orta hesabla hər oyun qapılardan 4,25 top keçib. Əvvəlki rekord XII tura təsadüf edib - 16 qol. Bu turda "Neftçi" evdə "Qəbələ"ni 4:1, "Zirə" "Keşlə"ni 3:1, "Sumqayıt" isə "Qarabağ"ı 2:1 hesabı ilə üstələyib. "Sabah" isə səfərdə "Səbail"ə 1:3 hesabı ilə qalib gəlib. Orta məhsuldarlıq isə 4-ə bərabər olub. Rubrika.Az Geri qayıt |