Əsas Səhifə > Dünya > Suriya ordusu Hələbin qərbində bir neçə məntəqəni nəzarətə götürdü

Suriya ordusu Hələbin qərbində bir neçə məntəqəni nəzarətə götürdü


17-02-2020, 11:24
Suriya ordusu Hələbin qərbində bir neçə məntəqəni nəzarətə götürdü

Rusiyanın dəstəyi ilə hücumlara başlayan Suriya ordusu dünən həyata keçirdiyi hücumlarda Hələbin qərbində bir neçə məntəqələri nəzarət altına alıb.

Rubrika.Az Moderator.az-a istinadla xəbər verir ki, Əsəd rejimi və Rusiya ordusunun intensiv atəşə tutduğu bölgələrdən silahlılar geri çəkilməyə məcbur olublar. Bununla da Suriya Hələb və İdlib arasında bölgənin tutulması ilə Hələb Nubl və Tel Rifatı birləşdirən 214 nömrəli yolu nəzarət altına alıb. Əməliyyat bu gün Türkiyə və Rusiya arasında bölgədəki vəziyyətlə bağlı görüşün öncəsi reallaşıb. Əməliyyata Rusiya Hava Qüvvələrinin də dəstək verdiyi bildirilir.

İngiltərədə Suriya İnsan Haqları Rəsədxanasının direktoru Rami Abdulrahman isə açıqlamasında səkkiz il ərzində bir kənd belə ala bilməyən Suriya ordusunun bu gün bir çox mətəqələri ələ keçirdiyini bildirib. Onun sözlərinə görə, nəticədə 13 qəsəbə və kənd Suriya ordusunun nəzarəti altına keçib.

Rubrika.Az
Geri qayıt