Əsas Səhifə > Dünya > Ərdoğan Bakıya gəlir
Ərdoğan Bakıya gəlir17-02-2020, 12:56 |
![]() Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfərə gələcək. Rubrika.Az bildirir ki, bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir. Agentliyin həmsöhbəti bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır. Həmin sənədlər arasında ticarət sahəsində əməkdaşlıqla bağlı müqavilə də var. Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında da iştirak edəcək. Rubrika.Az Geri qayıt |