Əsas Səhifə > Dünya > Gürcüstanın sabiq prezidenti fəal siyasətə qayıtdı
Gürcüstanın sabiq prezidenti fəal siyasətə qayıtdı17-02-2020, 14:42 |
|
Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili (2013-2018) fəal siyasətə qayıtdığını bəyan edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında bildirib. “Gürcü Arzusu” avtoritarlığı seçməklə qırmızı xətti keçdi. Nə demokratiya, nə milli birlik, nə də Qərb yolu var. Fəal siyasətə qayıdıram. Dostlarım və gürcü xalqı ilə birgə Qərb seçimimizlə bağlı missiyamıza xidmət edəcəyəm”, - G.Marqvelaşvili yazıb. Rubrika.Az Geri qayıt |