Əsas Səhifə > Dünya > Amerikalı professordan Paşinyana sərt cavab

Amerikalı professordan Paşinyana sərt cavab


17-02-2020, 14:52
Amerikalı professordan Paşinyana sərt cavab

Amerikalı-israilli professor Brenda Şaffer Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında "Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir” bəyanatını şərh edib.

Rubrika.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu professor "Twitter”səhifəsində yazıb.

"Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında "Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir" deyirsiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?”, - B.Şaffer bildirib.

Qeyd edək ki, Brenda Şaffer Corctaun Universitetinin professorudur. O, xarici siyasət və energetika siyasəti üzrə mütəxəssisdir.

Həmçinin professor Massaçusets Texnologiya İnstitutunda (MIT) nəşr edilmiş "Sərhədlər və qardaşlar: İran və azərbaycanlı kimliyinin formalaşması" kitabının müəllifidir.

Rubrika.Az
Geri qayıt