Əsas Səhifə > Dünya > Ayin zamanı kilsəyə silahlı hücum: 10 nəfər öldürüldü, rahib qaçırıldı..

Ayin zamanı kilsəyə silahlı hücum: 10 nəfər öldürüldü, rahib qaçırıldı..


17-02-2020, 15:01
Ayin zamanı kilsəyə silahlı hücum: 10 nəfər öldürüldü, rahib qaçırıldı..


Burkino Fasonun simalında yerləşən Sahel bölgəsinin Yaga şəhərində bazar ayini zamanı naməlum şəxslər kilsəyə hücum edib.

Rubrika.Az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfər ölüb. Cinayətkarlar daha sonra kilsənin rahibini də yanlarında götürərək, hadisə yerindən qaçıblar.

Xatırladaq ki, yanvarın 12-də ölkənin şimalında başa çatan fövqəladə vəziyyət rejimi terrorla mübarizə çərçivəsində daha 1 il uzadılıb.

Qeyd edək ki, son 4 ildə ölkədə terror hadisələri səbəbindən 700-ə yaxın insan həyatını itirib, 270 minə yaxın insan evini tərk edib.


Rubrika.Az
Geri qayıt