Əsas Səhifə > Dünya > Moskvada rabitə işçiləri faciəvi şəkildə həlak oldu

Moskvada rabitə işçiləri faciəvi şəkildə həlak oldu


17-02-2020, 15:54
Moskvada rabitə işçiləri faciəvi şəkildə həlak oldu

Moskva şəhərində telefon şəbəkəsinə məxsus ötürücü qüllədə təmir işləri aparan iki usta faciəvi şəkildə həlak olub.

Life.ru xəbər verir ki, yoldan keçən avtomobillərdən biri ustaları sığortalayan trosa toxunub.

Dirək ikiyə bölünüb və ustalar qüllədən yerə düşüb.

Onlar hadisə yerində həlak olub.

Rubrika.Az
Geri qayıt