Əsas Səhifə > Cəmiyyət > AZAL Gürcüstanda beşinci oldu..
AZAL Gürcüstanda beşinci oldu..17-02-2020, 15:57 |
|
2019-cu ildə Gürcüstanın hava limanlarında ən çox reys yerinə yetirən aviaşirkətlərin ilk beşliyi məlum olub. Rubrika.Az xəbər verir ki, reytinqi avianews.ge nəşri tərtib edib. Siyahıya əsasən, 3 307 uçma-enmə reysi yerinə yetirən “Gürcüstan Hava Yolları” şirkəti birinci yeri tutub. İlk üçlükdə 2 564 reyslə aşağıbüdcəli “Wizz Air” və 2 215 reyslə “Türk Hava Yolları” şirkəti yer alıb. Dördüncü yerdə isə “Qatar Airways” şirkəti (862 reys) qərarlaşıb. İlk beşliyi 795 reyslə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Airways” şirkəti bağlayıb. Rubrika.Az Geri qayıt |