Əsas Səhifə > Bölgə > Talıbovun oğlunun Dubaydakı "Al Rza Tower"i üzə çıxdı - Fotolar

Talıbovun oğlunun Dubaydakı "Al Rza Tower"i üzə çıxdı - Fotolar


17-02-2020, 16:28
Talıbovun oğlunun Dubaydakı "Al Rza Tower"i üzə çıxdı - Fotolar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov Birləşmiş Ərəb Əmirliklərində qülləyə öz adını verib.

Rubrika.Az yenisabah.az-a istinadla bildirir ki, jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, qüllənin rəsmi adı Al Rza Towerdir. Bina Talıbovlar ailəsinə məxsus Gəmiqaya Holdinq tərəfindən inşa olunub.

Ünvanı belədir: 60, 1 Street, Ajman Industrial 2, Ajman Office 1201. Bina yaşayış təyinatlıdır, 12-ci mərtəbəsində holdinqə daxil olan GƏMİQAYA REAL ESTATE daşınmaz əmlak şirkəti yerləşir. Talıbovların körfəz ölkələrindəki əmlakı bu şirkət vasitəsilə idarə olunur.

Yeri gəlmişkən, Talıbovların BƏƏ-dəki daha bir şirkəti GEMIKAYA GENERAL TRADING LLC-dir. Şirkətin ofisi Dubai Investment Parkda yerləşir. Şirkət ərəb ölkələrinə "Badamlı" sularının satışını, eyni zamanda Azərbaycanla Körfəz ölkələri arasında digər ticari əməliyyatları reallaşdırır. Ticarət şirkətinin gəliri 1 milyon dollar göstərilir.

Xatırladaq ki, Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisidir.

Talıbovun oğlunun Dubaydakı "Al Rza Tower"i üzə çıxdı - Fotolar

Rubrika.Az
Geri qayıt