Əsas Səhifə > Cəmiyyət > "Sədərək"dəki yanğında xəsarət alan şəxs evə buraxıldı

"Sədərək"dəki yanğında xəsarət alan şəxs evə buraxıldı


18-02-2020, 10:44
"Sədərək"dəki yanğında xəsarət alan şəxs evə buraxıldı

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki yanğında başından xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan şəxs evə buraxılıb.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "Report"a bildirilib ki, həmin şəxsə xəstəxanada ambulator yardım göstərilib.
Xatırladaq ki, yanğından zərərçəkən 9 nəfərə yerində yardım göstərilmişdi.

Rubrika.Az
Geri qayıt