Əsas Səhifə > Siyasət > Bu gün MSK daha bir neçə müraciətə baxacaq
Bu gün MSK daha bir neçə müraciətə baxacaq18-02-2020, 10:50 |
![]() Bu gün Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçiriləcək. Rubrika.Az “Report”a istinadən xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq. MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək. Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bundan əlavə, MSK onlarla müraciəti araşdırılması üçün dairə seçki komissiyasına (DSK) göndərib. Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır: - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli - 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu - 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov. Rubrika.Az Geri qayıt |