Əsas Səhifə > RubrikaTV Video > Gürcüstana narkotik maddə keçirmək istəyən azərbaycanlı qadın saxlanıldı - Video

Gürcüstana narkotik maddə keçirmək istəyən azərbaycanlı qadın saxlanıldı - Video


19-02-2020, 12:31
Gürcüstana narkotik maddə keçirmək istəyən azərbaycanlı qadın saxlanıldı - Video

Türkiyə-Gürcüstan sərhəddində, "Sarpi" gömrük-keçid məntəqəsində azərbaycanlı qadın saxlanılıb.

Rubrika.az "Yeni Sabah"a istinadən bildirir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyi və Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı İ.J. saxlanılıb.

O, qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama və Gürcüstana qaçaqmalçılıqda ittiham olunur.

Qadının üzərinə baxış keçirilən zaman ondan 1702 həb və 2 ədəd həb şəklində "MDMA" narkotik tərkibli vasitə, 490 kapsul "pregabalin", 72 qram amfetamin və 237 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.

Saxlanılan şəxsi 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.



Rubrika.az
Geri qayıt