Əsas Səhifə > İdman > "İkiüzlü idi" - "Qarabağ"ın keçmiş futbolçusundan millimizin sabiq baş məşqçisinə tənqid

"İkiüzlü idi" - "Qarabağ"ın keçmiş futbolçusundan millimizin sabiq baş məşqçisinə tənqid


19-02-2020, 12:32
"İkiüzlü idi" - "Qarabağ"ın keçmiş futbolçusundan millimizin sabiq baş məşqçisinə tənqid

"Qarabağ"ın sabiq qapıçısı, hazırda icarə əsasında "Milan"da (İtaliya) çıxış edən Asmir Beqoviç yenidən Bosniya və Herseqovina millisinə çağırılması ilə bağlı açıqlama verib.

"Yeni Sabah" "Football İtalia"a istinadən xəbər verir ki, təcrübəli qapıçı yığmaya dönüşünü baş məşqçi Robert Prosineçkinin gedişi ilə əlaqələndirib. 33 yaşlı qolkiper millinin baş məşqçi postunda olarkən futbolçuya dəvət göndərməyən çalışdırıcını sərt şəkildə tənqid edib:

"Duşan Bajeviç və köməkçiləri bu yaxınlarda "Milan"ın bazasına baş çəkmişdi. O, futbolçularla açıq danışır. Etiraf etməliyəm ki, bu ən yaxşı yoldur. Mən hər zaman milli komandada oynamaq üçün çalışdım. Lakin deməliyəm ki, keçmiş baş məşqçi ikiüzlü idi. Onun bir üzü ictimaiyyətlə, digər üzü isə mənimlə danışdı. Mən buna layiq biri deyildim".

Futbolçu İtaliya klubundakı təəsüratlarından da söz açıb:

"Bu böyük bir klubdur və bura öyrəşmək həqiqətən çətindir. Klubun əvvəlki kimi nəticə və kuboklarının olmamasına baxmayaraq, bura xüsusidir, Milan da xüsusi bir şəhərdir. İlk andan etibarən "Milan"ın bir hissəsi olmağın şərəf olduğunu duydum. Zlatan İbrahimoviç kimi bir futbolçunun burada olması ayrıcalıqdır. O, geyinib-soyunma otağında bizə lazımlı dəstək göstərir. Onun gənc komanda da olması yaxşı haldır. Zlatan gəlişi ilə komandaya yeni ruh və ölçü gətirdi".

Qeyd edək ki, müqavilə ilə "Bornmut"a (İngiltərə) məxsus olan Asmir Beqoviç bu mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib. Robert Prosineçki isə 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb. 2018-ci ilin yanvarından Bosniya və Herseqovina millisinə baş məşqçi təyin edilən Prosineçki ötən ilin noyabrında yığmadan ayrılıb.

Rubrika.Az
Geri qayıt