Əsas Səhifə > Dünya > Sabiq prezidentə 17 il həbs

Sabiq prezidentə 17 il həbs


19-02-2020, 12:43
Sabiq prezidentə 17 il həbs

Cənubi Koreyanın sabiq prezidenti Li Myung Bak 17 il müddətində azadlıqdan məhrum edilib.

Rubrika.Az xarici mətbuata istinadən bildirir ki, sabiq prezident məhkəmə zalında həbs edilib.

Mənimsəmədə və külli miqdarda rüşvət almaqda ittiham olun 78 yaşlı Li Myung Bak həbs olunmaqla yanaşı cərimələnib. Seul məhkəməsi onun 15,7 milyon dollar məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

Daha əvvəl də korrupsiyada və rüşvətdə ittiham olunan Li Myung Bak 2018-ci il mart ayında 15 il müddətinə azadlıqdan məhrum edilsə də, 1 il sonra səhhətinin pisləşməsi səbəbilə girov müqabilində azadlığa buraxılıb.

Li Myung Bak 2008-2013-cü illərdə Cənubi Koreyanın prezidenti olub.

Rubrika.Az
Geri qayıt