Əsas Səhifə > Hadisə > Şəmkirdə xeyli sayda silah-sursat tapıldı..
Şəmkirdə xeyli sayda silah-sursat tapıldı..19-02-2020, 14:22 |
|
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində tapılmış silah-sursat ANAMA-nın əməkdaşlarına təhvil verilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakini A.Həsənov Qasımalılar kəndi ərazisində 8 ədəd “F-1” və 20 ədəd “UZRQM” markalı qumbara, 1 ədəd top mərmisi və 340 ədəd patron tapması barədə məlumat vermişdir. Dərhal Şəmkir RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmiş, qeyd edilən hərbi sursatları ANAMA-nın əməkdaşlarına təhvil veriblər. Rubrika.Az Geri qayıt |