Əsas Səhifə > Dünya > Paşinyan bu hərbçilərin işdən çıxarılmasını istəyir..
Paşinyan bu hərbçilərin işdən çıxarılmasını istəyir..19-02-2020, 14:55 |
|
Ermənistanın prezident administrasiyasına respublikanın baş nazir aparatından 2 hərbçinin vəzifəsindən azad edilməsi barədə təklif irəli sürülüb. Rubrika.Az Report-a istinadən verir ki, irəli sürülən təklif ölkənin Hərbi Polis rəisi, polkovnik Artur Baqdasaryanın və Silahlı Qüvvələrin Mənəvi-Psixoloji Təminat üzrə İdarəsinin rəisi Aleksan Aleksanyanın işdən çıxarılması ilə bağlıdır. Qeyd olunub ki, Prezident Armen Sarqsyanın təklifi imzalamaq üçün 3 gün müddəti var. Xatırladaq ki, erməni mətbuatında son zamanlar Ermənistan ordusunda baş vermiş ölüm hadisələri ilə əlaqədar Hərbi Polis rəisi Artur Baqdasaryanın istefaya göndərilməsi barədə xəbərlər yayılmışdı. Rubrika.Az Geri qayıt |