Əsas Səhifə > Cəmiyyət > Nazirlikdən ayrılan milyonları mənimsəməkdə suçlanan şəxslərə cəza kəsildi - evləri və maşınları müsadirə edildi..
Nazirlikdən ayrılan milyonları mənimsəməkdə suçlanan şəxslərə cəza kəsildi - evləri və maşınları müsadirə edildi..19-02-2020, 15:14 |
![]() Kənd Təsərrüfatı Nazirliyinin sabiq əməkdaşı və onunla birlikdə həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb. Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1977-ci il təvəllüdlü Sevinc Zeynalova, 1980-ci il təvəllüdlü Emil Bağırovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bu iş üzrə digər təqsirləndirilən şəxs isə Pərvanə İsmayılovadır. Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ev dustaqlığındadır. İttihama görə, Sevinc Zeynalova 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyində maliyyə menecerinin assistenti olan zaman layihələrə ayrılan pulları ayrı-ayrı hesablara köçürərək ələ keçirib. Bu zaman da rəsmi sənədləri saxtalaşdırıb. Zeynalova layihələrə ayrılan pulları Emil Bağırovun, Pərvanə İsmayılovanın və daha iki nəfərin bank hesablarına köçürüb. İstintaq belə qənaətə gəlib ki, Zeynalov digər şəxslərə də qazanc vəd edərək bu cinayətə ortaq edib. Amma digər təqsirləndirilən şəxslər bununla razılaşmırlar. Bildirirlər ki, sadəcə Zeynalovanın xahişi ilə hesablarına pul köçürülüb və məbləği nağdlaşdıraraq ona veriblər. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxışında qeyd edib ki, təqsirləndirilənlərdən Pərvanə İsmayılova cinayət əməlini Emil Bağırovun təhriki ilə törədib. Prokuror çıxışında Emil Bağırovun Pərvanə İsmayılovaya yazdığı mesajlara da istinad edib. Məlum olub ki, həmin yazışmalarda Emil Bağırov cinayət əməli törətməsinə bilərək Pərvanəni də buna təhrik edir. O, Pərvanədən saxta sənədləri skayner vasitəsi ilə hazırlayaraq ona göndərməsini tələb edir. Həmin sənədlərdəki rəqəmlər şişirdilib. Sonuncu mesajlardan birində isə Emil Bağırov Pərvanə İsmatılovaya yazıb: "Çox ciddi səhv buraxmısan. İşin üstü açılsa, hamımızı içəri basacaqlar. Edə biləcəyin ən böyük səhvi elədin". Prokuror törətdikləri əmələ görə Pərvanə İsmayılova barəsində 2 il azadlığın məhdudlaşdırılması və 1500 manat cərimə edilməsi barədə hökm çıxarılmasını istəyib. Digər təqsirləndirilən Sevinc Zeynalovanın 11 il Üçün Bağırovun isə 14 il müdtibə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını, barələrində aşağı həddə cəza çıxarılmasını istəyiblər. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Emil Bağırov 7 il, Sevinc 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Pərvanə İsmayılova isə 4 min manat məbləğində cərimə edilib. İş üzrə zərərçəkmiş tərəfin mülki iddiası təqsirləndirilən şəxslərlə münasibətdə qismən təmin edilib. Hökmdə təqsirləndirilən şəxslərdən Emil Bağırov və Sevinc Zeynalovanın Badamdar və Göyçaydakı evləri və ikisinə məxsus 3 maşının müsadirə edilməsi də qeyd edilib. Ümumi dəymiş zərər 2.7 milyon manatdır. Həmin zərərin 400 min manatı bu işə görə həbs edilən Əşrəf Kabulovdan tələb edilib. Kabulov da həmin zərərin bir hissəsini ödəyib. Məhkəmə ona şərti cəza verərək azadlığa buraxıb. Emil Bağırov sərbəst ifadəsində deyib ki, digər təqsirləndirilən Sevinc Zeynalova ilə rəsmi olmasa da, ər-arvadı münasibətində olublar. İfadəsinin davamında Bağırov bildirib ki, həbs edilənə qədər fərdi sahibkarlıqla məşğul olub: "Mən "Best" MMC-nin rəhbəri olmuşam. Ukraynadan kağız məhsulları gətirirdim. Digər malların da topdansatışı ilə məşğul olmuşuq. Mənim bu işdə heç bir günahım yoxdur. Sevincə etibarım olub. O məndən xahiş edib ki, bank hesabına köçürülən pulu çıxarım. Mən də bunu etmişəm. Bank AFB-də olan tanışdan buna görə də xahiş etmişəm ki, Sevincin işində ona kömək etsinlər". Digər təqsirləndirilən P.İsmayılova da məhkəmədə ifadə verib. O, satınalma üzrə analitik vəzifəsində çalışdığını deyib. Məlum olub ki, Sevinc Zeynalova ondan da bank hesabına pul köçürülməsini xahiş edib: "Mən maddi məhsul şəxs olmamışam. Sevinc xahiş edib ki, layihə üçün nağd pul lazımdır. Həmin pulu mənim hesabıma köçürüb. Mən də bankdan çıxarıb ona vermişəm. Heç bir saxtakarlıqda əlim olmayıb. Nə saxta möhür, nə də saxta sənədlərdən xəbərim olub". Məlum olub ki, qeyd edilən cinayət əməli Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin icrası zamanı baş verib. Pərvanə İsmayılova İFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) layihəsində xidməti müqavilə ilə işlədiyini deyib. Rubrika.Az Geri qayıt |