Əsas Səhifə > Dünya > Almaniyada atışmada ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB
Almaniyada atışmada ölənlərin sayı 11-ə çatıb - YENİLƏNİB20-02-2020, 10:23 |
![]() Almaniyanın Hessen əyalətinin Hanau şəhərindəki atışma nəticəsində ölənlərin sayı artıb. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, ölənlərin sayı 11-ə çatıb. *** 03:13 Almaniyanın Hessen əyalətinin Hanau şəhərində atışma baş verib. “Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, silahlı insident zamanı səkkiz nəfər qətlə yetirilib. Nəşrin məlumatına görə, daha 5 nəfər ağır yaralanıb. Bildirilib ki, silahlı insident şəhər ərazisində yerləşən iki qəlyanxanada baş verib. Atışmadan sonra bir nəfər saxlanılıb. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları məlumata münasibət bildirməyib. Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir. Rubrika.az Geri qayıt |