Əsas Səhifə > İstisadiyyat > “Muğan Bank” cərimələndi
“Muğan Bank” cərimələndi20-02-2020, 10:48 |
![]() Bakı Apellyasiya Məhkəməsində “Muğan Bank” ASC-nin inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rubrika.Az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il qərarı dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsi “Muğan Bank” ASC barədə inzibati protokol tərtib edib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəcsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə yazılan protokola əsasən, ASC-nin 300 manat cərimə edilməsinə qərar verib. Rubrika.Az Geri qayıt |