Əsas Səhifə > Siyasət > Ermənilərin 2020-ci ildə Azərbaycan torpaqlarındakı bayram təqvimi... -Biz hansı üzlə şənlik edəcəyik?..
Ermənilərin 2020-ci ildə Azərbaycan torpaqlarındakı bayram təqvimi... -Biz hansı üzlə şənlik edəcəyik?..20-02-2020, 11:58 |
|
Şuşada “qələbə günü”, Kəlbəcərdə Bal festivalı, Xankəndində “”müstəqillik” günü”... Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim 2020-ci il üçün bayram və vacib tədbirlərin qısa təqvimini təqdim edib. Rubrika.Az moderator.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində paylaşılmış foto-qrafikdə separatçların əsas bayram və tədbir günləri ingilis dilində qeyd olunub: 12 aprel - Kəlbəcərdəki "Dadivank" adlandırılmış qədim Xudavəng məbədində erməni xristianların Pasxa bayramı. 2-3 may - Kəlbəcər rayonunun "Aterk" adalndırılmış Həsənriz kəndində “Jengyalov xats”- "Kətə" festivalı. 9 may - Xankəndi və Şuşada "qələbə günü" – yəni Faşizm üzərindəki qələbədən daha çox əsasən Şuşanın işğal edilməsi günü. 19 iyul - Ağdam rayonunun "Tiqranakert" adlandırılmış Şahbulaq ərazisindəki Pənahəli xanın qalasında “Vardavar” (su çiləçmə) bayramı. 22 Avqust - Xankəndidə Artsax "AirFest" - hava uçuşları festivalı. 2 sentyabr – Xankəndidə qondarma rejimin qanunsuz "müstəqillik günü". 12 sentyabr - Kəlbəcər rayon mərkəzində Bal festivalı 19 sentyabr - Xocavənd rayonunun Tug kəndində Şərab festivalı 26 sentyabr – Xankəndi(ermənilər üçün Stepanakert) şəhərinin yaradılması günü. 11 oktyabr – Xankəndidə Məhsul bayramı. P.S. Görəsən, düşmənin torpaqlarımızdakı şənliklərinin qarşısını ala bilməyəcəyimiz təqdirdə biz hansı üzlə Bakıda, Şəkidə, Gəncədə və s. müxtəlif bayramları atəşfəşanlıqla, çal-çağırla, konsertlə qeyd edəcəyik?.. Rubrika.Az Geri qayıt |