Əsas Səhifə > Cəmiyyət > DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - Yenilənir

DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - Yenilənir


20-02-2020, 13:00
DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi - Yenilənir

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Rubrika.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd cip gəlib.

***

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

***

Hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.

Rubrika.az
Geri qayıt