Əsas Səhifə > Aktual > Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO..
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO..20-02-2020, 14:43 |
|
Ermənistan Baş nazir Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatda aldığı ağır təəssüratdan çıxa bilmir. Rubrika.Az axar.az-a istinadən xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb. Status belədir: "Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur". Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib. Əvəzində isə bu sözləri saxlayıb: "Fakt fakt olaraq qalır". Qeyd edək ki, sözügedən statuslar skrin edilərək, erməni mediasında paylaşılıb. Rubrika.Az Geri qayıt |