Əsas Səhifə > Hadisə > Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı..
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı..20-02-2020, 16:01 |
|
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Neftçala rayon sakini N.Cəfərov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, fevralın 19-da saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulmuş və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb. Araşdırma aparılır. Rubrika.Az Geri qayıt |