Əsas Səhifə > İdman > Məşhur futbolçular mədə infeksiyasına yoluxdular..

Məşhur futbolçular mədə infeksiyasına yoluxdular..


20-02-2020, 16:22
Məşhur futbolçular mədə infeksiyasına yoluxdular..


"Real"ın (İspaniya) futbolçuları Qaret Beyl və Loka Yoviç mədə infeksiyasına yoluxub.

Rubrika.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, oyunçular bu səbəbdən komandanın məşqini erkən tərk edib. "Kral klubu"nun baş məşqçisi Zinəddin Zidan virusun digər futbolçular arasında yayılmaması üçün onları evə göndərməyi lazım bilib.

Qeyd edək ki, onların fevralın 22-i "Levante"yə qarşı keçiriləcək matçda iştirak edib-etməyəcəkləri hələ ki dəqiqləşməyib.


Rubrika.Az
Geri qayıt