Əsas Səhifə > Cəmiyyət > 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsinin bir məntəqəsində seçkinin nəticələri ləğv edilib..

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsinin bir məntəqəsində seçkinin nəticələri ləğv edilib..


20-02-2020, 16:35
40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsinin bir məntəqəsində seçkinin nəticələri ləğv edilib..


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən qeydə alınan namizəd Sitarə Zeynalovanın şikayətinə baxılıb.

Rubrika.Az-ın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət Ekspert Qrupu tərəfindən araşdırılıb: “DSK bu müraciətlə bağlı araşdırma aparıb və 14 fevralda qərar qəbul edib. Şikayətçi bu qərarla razılaşmayıb və MSK-ya müraciət edib. Şikayətçinin mübahisələndirdiyi seçki məntəqələrində seçicilərin iradəsinə təsir edən hər hansı pozuntu halları aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərə də komissiya üzvləri ilə birlikdə baxılıb. 8 saylı məntəqədə seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm bu seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 8 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.


Rubrika.Az
Geri qayıt