Əsas Səhifə > Cəmiyyət > MSK 3 dairə ilə bağlı müraciətləri DSK-ya göndərdi - YENİLƏNİB
MSK 3 dairə ilə bağlı müraciətləri DSK-ya göndərdi - YENİLƏNİB20-02-2020, 16:58 |
![]() Mərkəzi Seçki Komissiyasının iclasında 99 saylı Şəmkir seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, müraciət araşdırılması üçün DSK-ya göndərilib. Bundan başqa, 27 saylı Sabunçu ikinci seçki dairəsi və 121 saylı Laçın seçki dairəsindən quruma daxil olan müraciətlərə də baxılıb. Hər iki müraciət araşdırılması üçün DSK-ya göndərilib. *** 16:13 Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb. Komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır. MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək. Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır: - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli - 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu - 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov. Rubrika.Az Geri qayıt |