Əsas Səhifə > Hadisə > İranda parlament seçkiləri keçirilir
İranda parlament seçkiləri keçirilir21-02-2020, 10:25 |
![]() Bu gün yerli vaxtla saat 08:00-da İranda parlament seçkiləri üzrə səsvermə başlayıb. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, 290 deputat mandatı uğrunda 7 min namizəd mübarizə aparır. Qeyd edək ki, seçki prosesi başlayanda 15 mindən çox insan namizədliyini irəli sürüb. Onların bir qismi namizədliyini geri götürüb, digərlərinin qeydiyyatını Konstitusiyaya Nəzarət Şurası təsdiqləməyib. İranda deputatların səlahiyyət müddəti 4 ildir. Rubrika.Az Geri qayıt |