Əsas Səhifə > Araşdırma > Adımı sənə qoyum, səni də yana yana... - Bir şantajçının sərgüzəşti...
Adımı sənə qoyum, səni də yana yana... - Bir şantajçının sərgüzəşti...21-02-2020, 11:53 |
|
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev haqqında Türkiyə mediasında, konkret olaraq İğdırdakı adını çəkmək istəmədiyim yerli mediada gedən yazını oxuduqdan sonra bu ürəkbulandıran ittihama cavab verməyi özümə borc bildim. Məsələ burasındadır ki, stəkanda fırtına yaratmağa çalışan "Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi"nin (ASİMDER) sədri Göksel Gülbeyi şəxsən tanıyıram və bir neçə dəfə təmaslarımız, söhbətlərimiz olub. Onun erməni yalanlarını bu və ya digər formada ifşa etməsi barədə də məlumatlı olduğumdan dostumuzun haqqına girmək niyyətim yoxdur. Amma onun Nuru Quliyevi şantaj etməsininsə nədən qaynaqlandığını müfəssəl bildiyimdən çoxminli Moderator.az oxucuları ilə paylaşmaq istəyirəm. Hər şeydən öncə hər zaman Nuru Quliyevin diplomatik xidmətlərindən ağız dolusu danışan və onu ilk tanışlığımız dönəmində Azərbaycanın ən nüfuzlu diplomatlarından biri kimi şəxsən mənə tanıtdırmağa çalşan Göksel bəy görəsən nədən birdən-birə Qarsdakı baş konsulumuza asi düşüb? Oxucuları dağa-daşa salmayım. Məsələ burasındadır ki, bu ilin sonunda Qars baş konsulluğunun ərazisində fəaliyyət göstərən Türkiyənin tanınmış adamlarına rəsmi Bakının qərarı ilə verilməsi nəzərdə tutulan “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalından ona pay düşməyib... Xatırladım ki, həmin medallar məhz Azərbaycanın xarici işlər nazirinin əmri və ya sərəncamı ilə Qars vilayətinin valisi Türkər Öksüz, Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmən, “Yeşil İğdır” qəzetinin baş redaktoru, “15 Temmuz” qəzetinin təsisçisi Cabbar Şıktaş və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acara verilib. Göksel Gülbeysə həmin medlı israrla istəməsinə baxmayaraq ona çatmamasının heyfini Nuru Quliyevdən almaq qərarına gəlib. Hansı ki, bu məsələdə Nuru Quliyevin heç bir günahı olmayıb. Bir neçə cümlə də guya Qarsdakı baş konsulumuz kimi fəaliyyətsizliyi barədə Göksel Gülbeyin iddialarına, əslində ona özündən başqa kimsə inanmaz. Çünki Azərbaycanın və Türkiyənin xarici işlər nazirlikləri hamını yaxşı tanıyır və hansı diplomatın peşəkar və ya təsadüfi adam olduğunu bilməmiş deyillər. Şəxsən Nuru Quliyevə gəldikdə isə onun Qarsdakı 3 illik baş konsul olduğu dönəmdəki fəaliyyətini sadalayıb dəyərli oxucuları yormaq istəmirəm, sadəcə 1 ay öncə 20 yanvar qırğınının 30-cu ildönümünün Qarsdan 700 km uzaqda, İraqın sərhəddində Diyarbəkir vilayətində çox möhtəşəm şəkildə keçirilməsinin iştirakçısı olmuşam və Nuru Quliyevlə bəndənizin mərasimdəki çıxışlarımız da Vilayətin valisinin, bələdiyyə başqanının, bir neçə generalın - jandarma komandanlarının və əmniyyət müdirinin ayaq üstə alqışları ilə qarşılanıb. Yeri gəlmişkən, Azərbaycan müstəqllik qazandıqdan keçən 29 ildə Diyarbakirdə ilk dəfə Azərbaycan Respublikası adına tədbir düzənlənib və səmimiyyətimə inanan dostlara bildirim ki, bu, bəlkə də müstəqllik tariximizdə xaricdə Azərbaycan adına keçirilən ən qələbəlik və möhtəşəm mərasim kimi qalmağa haqq edir. Ona görə də Azərbaycanın bir nüfuzlu diplomatına bu cür qurşaqdan aşağ zərbə vurmaq cəhdini şiddətlə qınayıram və bunun "Bir millət iki dövlət" fəlsəfəsinə, Azərbaycan-Türkiyə qardaşlığıan yönəlik məkrli niyyət kimi qiymətləndirirəm. Ümid edirəm ki, tezliklə haqq yerini tapacaq. Əks halda mən şəxsən Türkiyə Cümhurriyyəti dövlətinin ali rəhbərliyinə müraciət edərək qardaşlıq əlaqələrimizə xələl gətirən şantajçının cəzalandırılmasını tələb edəcəm! Zülfüqar Hüseynzadə, Moderator.az İnformasiya Agentliyinin rəhbəri Geri qayıt |