Əsas Səhifə > Dünya > “Qarabağ məsələsinin həllinə 150 il lazımdır...” – Erməni separatçısı...

“Qarabağ məsələsinin həllinə 150 il lazımdır...” – Erməni separatçısı...


21-02-2020, 12:39
“Qarabağ məsələsinin həllinə 150 il lazımdır...” – Erməni separatçısı...

“Ermənistanın Azərbaycana qarşı gördüyü işlərə adekvat, planlı, sistematik tədbirlər görməyəcəyimiz, qəti savaşa atılmayacağımız təqdirdə belə də olacaq...”

Transmilli super güclərin bizlərin başını son Münhen debatıyla qatdığı bir vaxtda ermənilər dünən - fevralın 20-də Azərbaycana qarşı Qarabağda separatçı-terrorçu hərəkatın başlanmasının 32 illiyini də qeyd etdilər.


Rubrika.Az Moderator.az-a istinadla xəbər verir ki, 1980-cı illərindən sonundan formalaşmağa başlamış separatçı-terrorçu “Qarabağ” komitəsinin üzvü Aleksan Akopyan "ArmNews" telekanalının "#Robots" proqramındakı müsahibəsində Azərbaycanın ərazi bütövlüyü əleyhinə həyasız iddialar səsləndirib.

“Qarabağ münaqişəsi kimi mürəkkəb bir məsələdə hakimiyyətdəkilərdən bir şey gözləmək mümkün deyil. Qalan qüvvələr - müxalifət, QHT, elm adamları öz sözlərini deməlidirlər. Qarabağ probleminin həlli perspektivi çox çətindir, bunun üçün 150 il lazımdır. 1994-cü ildən - atəşkəs sazişinin imzalanmasından bəri mən bunu təkrar edirəm” - deyə separatçı erməni bildirib.

"”Artsax” üçün ən vacib problem köçürülmə və beynəlxalq səviyyədə tanınmadır və bu Madrid prinsipləri ilə təmin edilmir" – deyən Akopyan təəssüf edir ki, “Kaşataq” adlandırılmış Laçın, Qubadlı, Zəngilan rayonları ərazisinə 2000-ci illərdə köçmə tempi kəskin şəkildə aşağı düşüb. Hər halda, bu gün müsbət bir tendensiya var ”.

P.S. Bizim Ermənistanın Rusiya və Qərbin aləti olaraq Azərbaycana qarşı gördüyü işlərə adekvat, planlı, sistematik tədbirlər görməyəcəyimiz, qəti savaşlara atılmayacağımız təqdirdə belə də olacaq...

P.P.S. Ermənilərin Rusiya imperiyası tərəfindən Qarabağa köçürülməsindən bu yana həmin ərazidə, eləcə də Qərbi Azərbaycanda gedən prosesləri təsəvvürünüzə gətirin. 1820-ci illərdə İran Marağasından köçürülmüş cəmi 200 ailədən törəyən ermənilər sonradan Dağlıq Qarabağ adlanmış ərazini də, əlavə bölgələri də məskunlaşdırdılar. Paralel olaraq İrəvan, Göyçə, Dərələyəz, Basarkeçərdə və s. "Ermənistan dövləti" quruldu. Sovet dövründə Qarabağa bəhs edilən köçürülmənin 150 illiyinə abidə də qoymuşdular. 1991-1994-cü illərdən bəri isə işğal etdikləri ətraf 7 rayonu məskunlaşdırmağa çalışırlar. Və bizim populist çıxışlardan o yana getməyən fəaliyyətsizliyimiz sayəsində 100-150 il ərzində də həmin əraziləri tam erməniləşdirməyi və Qərbi Azərbaycan kimi bu torpaqlarımızı da hüquqi cəhətdən də tam mənimsəməyi planlaşdırırlar...

Rubrika.Az
Geri qayıt