Əsas Səhifə > Cəmiyyət, Hadisə > Naxçıvanda bir ailənin 3 üzvü yol qəzasında ölüb..

Naxçıvanda bir ailənin 3 üzvü yol qəzasında ölüb..


21-02-2020, 14:22
Naxçıvanda bir ailənin 3 üzvü yol qəzasında ölüb..



Naxçıvanda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N. Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə. Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə R. Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T. Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə. Məmmədovun sərnişini olan arvadı A. Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç. Hüseynova, T. Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt