Əsas Səhifə > Hadisə > İranda koronavirusdan ölənlərin sayı artır
İranda koronavirusdan ölənlərin sayı artır21-02-2020, 15:08 |
![]() İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib. Rubrika.az “Al-Arabiya”ya istinadən xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib. Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb. Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan 4-nün öldüyü təsdiqlənib. Xatlrladaq ki, İran Səhiyyə Nazirliyi bu günədək ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını və onlardan da 2-nin öldüyünü açıqlamışdı. Rubrika.AZ Geri qayıt |