Əsas Səhifə > Hadisə > İtkin düşən Bakı sakininin meyiti tapıldı..
İtkin düşən Bakı sakininin meyiti tapıldı..21-02-2020, 15:54 |
|
İtkin düşdüyü deyilən Sabunçu rayon sakininin meyiti tapılıb. Rubrika.Az Oxu.Az-a istinadən xəbər verir ki, fevralın 17-si səhər saatlarında paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü B.Həşimov evdən çıxıb və bir daha geri qayıtmayıb. Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə (RPİ) onun ailə üzvləri tərəfindən məlumat verilib. Daxil olan müraciət əsasında Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib. Məlum olub ki, itkin düşmüş kimi axtarışa verilən B.Həşimov fevralın 18-də şəhər klinik xəstəxanasında ürək çatışmazlığı diaqnozundan vəfat edib. Rubrika.Az Geri qayıt |