Əsas Səhifə > Aktual > MSK-nın iclası başladı..
MSK-nın iclası başladı..21-02-2020, 16:15 |
|
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb. Rubrika.Az xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır. MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək. Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır: - 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə, - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli, - 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu, - 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov. Rubrika.Az Geri qayıt |