Əsas Səhifə > Cəmiyyət > Yunanıstan məhkəməsi insan alverində suçlanan iki rusa 400 ilə yaxın həbs cəzası verib..
Yunanıstan məhkəməsi insan alverində suçlanan iki rusa 400 ilə yaxın həbs cəzası verib..21-02-2020, 21:42 |
![]() Yunanıstan məhkəməsi ötən il qeyri-qanuni miqrasiyanı təşkil etmək cinayətinə görə iki rus dənizçisinə hökm oxuyub. Rubrika.Az xarici agentliklərə istinadən xəbər verir ki, Aleksandr İllarionov və Andrey Juravlyov adlı həmin dənizçilər tam 395 il həbs həbs yatmalı olacaqlar. Bununla bağlı məlumat İnsan haqları üzrə beynəlxalq komitəsinin Rusiya bölməsinin sədri İvan Melnikov tərəfindən verilib. Hüquq müdafiəçisi rus dənizçilərin “qara işədüzəldənlər” adlanan fırıldaqçıların qurbanı olduqlarını iddia edib. Qeyd etmək lazımdır ki, rusiyalı dənizçilərdən ibarət 14 nəfərlik qrup 2019-cu ilin avqust-noyabr aylarında saxlanılıb. Yunanıstan hakimiyyəti onlara qarşı insan ticarəti, qeyri-qanuni miqrasiya işinin görülməsi kimi ciddi ittihamlar irəli sürmüşdü. İ.Melnikovun sözlərinə görə, təqsirləndirilən şəxslər internet vasitəsilə iş axtarırmışlar. Onlar Türkiyəyə və başqa yaxın ölkələr turist daşıyan gəmilərdə çalışmağa başlayıblar. İlk öncə dənizçilərə Türkiyə, Yunanısan və İtaliyaya səyahət edən bahalı və elit yelkənli yaxtlarda işləyəcəklərini, yaşama, qidalanma, təhsil və biletlərin şirkət tərəfindən qarşılanacağı vəd olunub. Aleksey Malenkov və Roman Belenko adlı Rusiya vətəndaşı sayılan dənizçilər də əslində bahalı sayılan bir yaxtada xidmət ediblər. Oktyabrın 30-da birdən-birə onların sürdüyü gəmiyə kiçik motorlu qayıqlarla miqrantlar doldurulub. Noyabr ayının 2-də isə hər ikisi 62 miqrantla birlikdə Rodos adasında yaxalanıb. Maraqlıdır ki, onları gəmişə işə düəzldən adam gəmidən xilasedici kəmərlə birlikdə adənizə atılaraq aradan çıxıb. Hazırda qalan həbs edilən şəxslərə vəkil tutmaq üçün 75 min dollar pul tələb olunur. Yunanıstan mediası bu cür işlə tutulanların əsasən ukraynalılar olduğunu bildirir. 2018-ci ilin yayından bu yana ölkə həbsxanalarında 150 Ukrayna vətəndaşı məhkəmə hökmünü gözləyir. Rubrika.Az Geri qayıt |