Əsas Səhifə > İstisadiyyat > Azərbaycan nefti ucuzlaşdı..
Azərbaycan nefti ucuzlaşdı..21-02-2020, 21:48 |
|
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 20-də 62,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel azdır. Rubrika.Az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,22 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel çoxdur. Rubrika.Az Geri qayıt |