Əsas Səhifə > Dünya > Avropa təşvişdə: İtaliya ilə əlaqələr kəsildi – Qərar

Avropa təşvişdə: İtaliya ilə əlaqələr kəsildi – Qərar


24-02-2020, 11:12
Avropa təşvişdə: İtaliya ilə əlaqələr kəsildi – Qərar

Avstriya Federal Dəmir Yolları yeni növ koronavirusun yayılması səbəbilə İtaliya ilə qatar səfərlərini qeyri-müəyyən müddətə dayandırdığını açıqlayıb.

Rubrika.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hazırda 500 sərnişinin olduğu iki qatar İtaliya sərhədində saxlanılıb.

İtaliyadan Avstriyaya gedən sərnişin qatarında iki nəfər virusa yoluxması şübhəsi ilə İtaliyanın Verona bölgəsindəki xəstəxanaya göndərilib.

Testlərin nəticələrində sərnişinlərin sağlamlığında problem olmadığı aşkarlansa da, qatar Avstriyanın Brenner şəhərində dayandırılıb.

Cümə günündən bəri İtaliyada sürətlə yayılan epidemiya qurbanlarının sayı artır. Bu günə qədər ölkədə 152 insan virusa yoluxub, onlardan 3 nəfər həyatını itirib.

Rubrika.Az
Geri qayıt