Əsas Səhifə > Dünya > Saakaşvili oğlunu koronavirusdan qoruması üçün Gürcüstan iqtidarına müraciət etdi...

Saakaşvili oğlunu koronavirusdan qoruması üçün Gürcüstan iqtidarına müraciət etdi...


24-02-2020, 13:46
Saakaşvili oğlunu koronavirusdan qoruması üçün Gürcüstan iqtidarına müraciət etdi...

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkənin iqtidarındən ölümcül koronavirusun respublika ərazisinə girməməsi üçün hər şeyi etməsini istəyib.

Rubrika.Az moderator.az-a istinadən bu haqda Rusiyanın “Vzqlyad” nəşrinə istinadla məlumat verir.

Saakaşvilinin sözlərinə görə, hökumət yeni növ koronavirus epidemiyasının yayıldığı İran ilə hava nəqliyyatını bağlamalıdır. Bununla yanaşı,İran İslam Respublikası vətəndaşlarının Gürcüstana girişi də məhdudlaşdırılmalıdır.

Saakaşvili qeyd edib ki, o, ksenofob deyil. Amma eks-prezident bu məsələdə şəxsi məqsəd güddüyünü də etiraf edib.

"Oğlum Tiflisdə yaşayır və oxuyur" deyən Saakaşvili Gürcüstanda digər uşaqların da yaşadığını xatırladıb. O, həmçinin mart ayındakı Novruz bayramı ilə əlaqədar 40-50 min İran vətəndaşının ənənəvi olaraq Gürcüstana gəlişinin gözlənildiyini də vurğulayıb.

Qeyd edək ki, son məlumatlara görə, İranda 43 nəfərdə koronavirus infeksiyası qeydə alınıb. Bunlardan səkkizi dünyasını dəyişib. Artıq İranla sərhəd Türkiyə, Əfqanıstan, Pakistan və Ermənistan tərəfindən bağlanıb. Azərbaycan isə qonşu ölkə ilə gediş-gəlişə ciddi məhdudiyyət qoyub.

Rubrika.Az
Geri qayıt