Əsas Səhifə > Cəmiyyət > Yoluxucu xəstəliklər şöbəsinə iki nəfər yerləşdirilib
Yoluxucu xəstəliklər şöbəsinə iki nəfər yerləşdirilib24-02-2020, 17:11 |
![]() Fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. Rubrika.Az Musavat.com-a xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd edilib. Bildirilib ki, həmin şəxslər 1995 və 1998-ci il təvəllüdlü Azərbaycan və İran vətəndaşlarıdır: "Xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan biraz yüksək olub. Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə hal-hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir". Rubrika.Az Geri qayıt |