Əsas Səhifə > Hadisə > Azərbaycanlı avtoritet Ukraynada qətlə yetirildi - Foto
Azərbaycanlı avtoritet Ukraynada qətlə yetirildi - Foto24-02-2020, 17:16 |
|
Ukraynanın Zaporojye vilayətində azərbaycanlı kriminal avtoritet qətlə yetirilib. Rubrika.Az "Yeni Sabah"-a istinadən xəbər verir ki, "Sarvan" ləqəbilə tanınan kriminal avtoritet fevralın 22-də sinəsindən aldığı bıçaq zərbəsindən ölüb. 1968-ci il təvəllüdlü "Sarvan"ın Zaporojyedə narkobiznesə rəhbərlik edənlərdən biri olduğu iddia edilir. O, həmçinin mütəşəkkil cinayətkar qruplaşma təşkil edib və "Qriqori" ləqəbilə tanınan kriminal avtoritetlə sıx ünsiyyət saxlayıb. "Sarvan"ın Azərbaycanın kriminal aləmi ilə də əlaqələrinin olduğu deyilir. Zaporojye polisi bildirib ki, qətlin bütün xüsusatlarını araşdırmaq üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Rubrika.Az Geri qayıt |