Əsas Səhifə > Siyasət > MSK daha 4 məntəqənin nəticələrini etibarsız saydı- YENİLƏNİB
MSK daha 4 məntəqənin nəticələrini etibarsız saydı- YENİLƏNİB24-02-2020, 17:59 |
![]() Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd Dadaş Əhmədlinin müraciətinə baxılıb. Musavat.com-a istinadən Rubrika.Az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib: “Müraciətlə əlaqədar hərtərəfli araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”. İclasda daha sonra həmin dairənin 1 seçki (1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Rubrika.Az Geri qayıt |