Əsas Səhifə > Dünya > İtaliyada koronavirusdan ölənlərin sayı 6-ya yüksəlib

İtaliyada koronavirusdan ölənlərin sayı 6-ya yüksəlib


24-02-2020, 18:38
İtaliyada koronavirusdan ölənlərin sayı 6-ya yüksəlib


İtaliyada yeni koronavirusdan ölənlərin sayı artmaqda davam edir.

Rubrika.Az ANSA agentliyinə istinadən verdiyi məlumata görə, Breşiyada xəstəxanada onkoloji xəstəlikdən müalicə olunan qadın vəfat edib. Bununla da, koronavirusdan ölənlərin sayı 6-ya çatıb.

İtaliyada koronovirus qurbanlarının hamısı səhhətində problem olan yaşlı insanlardır.

Ölkədə ümumilikdə koronavirusa 220 yoluxma halı qeydə alınıb, onlardan 6-sı dünyasını dəyişib. Çinin epidemiyanın yayıldığı Uhan şəhərindən təxliyə olunan bir İtaliya vətəndaşı isə artıq müalicə olunub.


Rubrika.Az
Geri qayıt