Əsas Səhifə > Aktual > 42 saylı Sumqayıt II Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib

42 saylı Sumqayıt II Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib


24-02-2020, 20:19
42 saylı Sumqayıt II Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib



Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Elşad İsrafilovun və digərlərinin müraciətinə baxılıb.

Rubrika.Az Apa-ya istinadən bildirir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 7 və 32 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edib və 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə 7 və 32 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

Qeyd edək ki, bu dairə üzrə lider namizəd Tahir Mirkişilidir.


Rubrika.Az


Geri qayıt