Əsas Səhifə > Aktual > MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı


24-02-2020, 21:44
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən namizəd Kazım Məmmədovun müraciətinə baxılıb.

Rubrika.Az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı həmçinin sosial şəbəkələrdəki görüntülərə də baxılıb. Yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin seçki ( 1 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.



Rubrika.Az
Geri qayıt