Əsas Səhifə > İstisadiyyat > Monopolistlərə "gün doğdu" - Qiymətləri bir neçə dəfə qaldıracaqlar
Monopolistlərə "gün doğdu" - Qiymətləri bir neçə dəfə qaldıracaqlar25-02-2020, 13:15 |
|
Son 3 ayda dünyanın gündəmini müharibələrdən daha çox məşğul edən koronavirus artıq Azərbaycana da öz təsirini göstərməyə başlayıb. Koronavirus səbəbilə Azərbaycanın Çin ilə sərhədlərini müvəqqəti kəsməsi və İranla sərhədlərin bağlanmaq ehtimalı ölkədə bəzi ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində bahalaşmaya səbəb olub. Bəs Azərbaycan İrandan gələn ərzaq məhsullarına qadağa qoyarsa, bazarda vəziyyət necə olacaq? Qiymət artımı gözlənilrmi? Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli "Yeni Sabah"a bildirib ki, sərhədlərin tamamilə bağlanacağı təqdirdə qiymətlərdə bahalaşma qaçılmazdır: "Son vaxtlar belə kampaniyalar tez-tez aparılır. Keçən ilin qışında da buna oxşar bir kampaniya vardı. Ümumiyyətlə şayiə psixologiyasından bazarda bəzi monopolistlər çox uğurla istifadə edirlər. Bu dəfə də ələ düşən bəhanə məhz bu virus məsələsidir ki, sərhədlər bağlanıb və s. Şayiə psixologiyası bizim bazarda güclü işləyir və qiymətlərə təsir edir. Bu məsələnin psixoloji tərəfidir. Bəzi ərzaq məhsulları, ədviyyat qrupuna aid olan zəncəfil, sarıkök və s. bunun kimi məhsulların qiymətləri həmişə yüksək olub. Çünki bu məhsullar xaricdən gəlir. Saydıqlarımız isə xüsusilə İrandan gətirilən məhsullara daxildir. Sözün açığı heç İran özü də bunu istehsal etmir. Bu məhsullar daha çox Pakistan, Əfqanistan istiqamətindən gəlir. Şabalıd, qoz və ya fındıq isə son iki ildə strateji məhsullara çevrilib. Səbəb isə sənayə əhəmiyyətli olmasıdır. Şabalıd özü bizdə az istehsal olunan məhsullara aiddir". N.Nəsirli İrandan Azərbaycana ərzaq məhsullarının gətirilməsinə qadağa qoyulacağı təqdirdə yaranacaq vəziyyətlə bağlı ehtimallar irəli sürüb: "Ümumiyyətlə, İran bizim kənd təsərrüfatı məhsullarımızın gətirilməsində və qida bazarının formalaşmasında çox mühüm rol oynayır. Məsələn, ordan ildə 50 min ton kartof gətirilir. Quru meyvələrə aid olan kişmiş, badam və s. məhsulların illik dövriyyəsi isə təxminən 5 min tondur. Həmçinin ədviyyatlar, sitrus meyvələri, ən əsası isə ərzaq məhsulları da bura daxildir. Mən təsəvvür edə bilmirəm ki, sərhəd bağlanarsa, nələr baş verəcək. Hər halda qiymətlərə çox ciddi təsir edəcək. Nəzərə alsaq ki, qabaqdan da Novruz bayramı gəlir, xalqımız bu bayrama xüsusi önəm verir. Azərbaycanda iki bayram mövcuddur ki, həmin bayramlar ərəfəsində əhalinin istehlak qabiliyəti 4-5 dəfə artır. Buna görə bu ərəfədə müvafiq orqanlar tərəfindən təcili şəkildə bazarda qiymətə nəzarət mexanizmi işə salınmalıdır. Bazarlarda o qədər işbaz, fırıldaqçı var ki, onlar qiymətləri bir neçə dəfə qaldıra bilərlər". Rubrika.Az Geri qayıt |