Əsas Səhifə > Dünya > İran səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
İran səhiyyə nazirinin müavini koronavirusa yoluxdu25-02-2020, 17:17 |
|
İran Səhiyyə Nazirliyi rəhbərinin müavini İrəc Hərirçi koronavirusa yoluxub. Rubrika.Az mlk.ru-ya istinadla xəbər verir ki, bu haqda AFR-ə nazirlik başçısının müşaviri məlumat verib. Xəbərə görə, Hərirçi karantinə yerləşdirilib. "İranın səhiyyə nazirinin müavininin koronavirus üçün verdiyi analizin cavabı müsbət olub", - müşavir deyib. Bundan əvvəl İranda 61 nəfərin koronavirusa yoluxduğu, 12 xəstənin öldüyü bildirilib. Rubrika.Az Geri qayıt |