Əsas Səhifə > Aktual, Cəmiyyət > MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı
MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı25-02-2020, 17:43 |
|
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Fariz Həsən və Nurlana Cəlilin müraciətinə baxılıb. Rubrika.Az Report-a istinadən bildirir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib” İclasda daha sonra həmin dairənin 24 və 26-cı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Rubrika.Az Geri qayıt |