Əsas Səhifə > Aktual > MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı
MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı25-02-2020, 18:11 |
|
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizəd Nurlan Abbaszadə və digərlərinin müraciətinə baxılıb. Rubrika.Az-ın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 2 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”. İclasda daha sonra həmin dairənin 2 seçki (4 və 6 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Rubrika.Az Geri qayıt |