Əsas Səhifə > Hadisə > Bakıda yaşayış binası yanır
Bakıda yaşayış binası yanır25-02-2020, 18:25 |
|
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb. Rubrika.Az xəbər verir ki, yanğın Bakının Əhmədli qəsəbəsi, Q.Məmmədov küçəsi 5 ünvanında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib. Onun sözlərinə görə, yanğın sözügedən ünvanda yerləşən yaşayış binasının altıncı mərtəbəsində qeydə alınıb: “Yanğın binanın altıncı mərtəbəsində başlayıb. FHN-in çağrı mərkəzinə daxil olan zəng əsasında dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb edilib. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”. Rubrika.Az Geri qayıt |