Əsas Səhifə > Dünya > Prezidentliyə yəhudi namizəd ABŞ səfirliyini Təl-Əvivə qaytaracağına söz verdi

Prezidentliyə yəhudi namizəd ABŞ səfirliyini Təl-Əvivə qaytaracağına söz verdi


26-02-2020, 12:53
Prezidentliyə yəhudi namizəd ABŞ səfirliyini Təl-Əvivə qaytaracağına söz verdi

“Amerika Birləşmiş Ştatlarının ilk yəhudi prezidenti" kampaniyasını aparan ABŞ prezidentliyinə
namizəd Berni Sanders İsrailə dair planlarından danışıb.

Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə belə deyilir.

Cənubi Karolinadakı seçkiöncəsi debatlarda çıxış edən və prezident seçiləcəyi təqdirdə Amerika səfirliyini Qüdsdən Təl-Əvivə qaytarıb-qaytarmayacağına dair sualı cavablandıran Sanders deyib:
"Cavab belədir – bu, bizim hesaba alacağımız bir məsələdir...”

Müsəlmanların da müdafiə etdiyi yəhudi namizəd daha sonra bəyan edib:
“Lakin əsas məsələ bu məqam deyil. Yəhudi olmağımla çox qürur duyuram. Hətta bir neçə ay İsraildə yaşamışam. Ancaq bu saat irticaçı irqçi Bibi Netanyahunun sayəsində baş verənlər çox kədərli və faciəli bir şeydir...”

Rubrika.Az
Geri qayıt